Laboratoriya

QAZ NEFT MƏDƏN FAKÜLTƏSİ

QAZ NEFT MƏDƏN FAKÜLTƏSİ

Qaz-neft-mədən fakültəsi

Qısa tarixi arayış

 

ADNSU-nun aparıcı fakültələrindən biri olan Qaz-neft-mədən fakültəsində kadr hazırlığı 1920-cı ildən həyata keçirilir. 1920-1930-cu illərdə fakültə “Neft-sənaye”, 1930-1936-cı illərdə “Dağ-mədən”, 1936-1940-cı illərdə “Dağ-mədən və neft texnologiyası”, 1940-1979-cu illərdə “Neft-mədən” adlandırılıb. 1979-cu ildən isə “Qaz-neft-mədən” fakültəsi adı altında fəaliyyət göstərir. Fakültənin inkişafında ADNSU-ya müxtəlif vaxtlarda rəhbərlik etmiş rektorların, görkəmli alimlər akademik L.S. Leybenzon, N.S. Uspenskiy, A.R. Serebrovskiy, professor B.S. Dobrovskiy, akademiklər A.X. Mirzəcanzadə, S.M. Quliyev, M.P. Quluzadə, professorlar M.V. Abromoviç, Q.A. İbatulov, K.B. Şahbazbəyov, Z.M. Əhmədov və başqalarının fəal iştirakı və köməyi olub.

 

Yarandığı gündən fakültədə 24000-dən çox neftçi-mühəndis kadrları, 5000-dən çox bakalavr və 500-dək magistr hazırlanıb.

 Fakültənin cari strukturu və təhsil pillələri üzrə fəaliyyəti

 Hal-hazırda azərbaycan və rus bölmələri ilə yanaşı ingilis dilində də kadr hazırlığına başlanıb. Belə ki, 2016/2017-ci tədris ilindən başlayaraq prioritet ixtisas olan “Neft-qaz mühəndisliyi” 2019/2020-ci ildən isə həm də “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisası üzrə ingilis dilində kadr hazırlığı aparılır. 

 Hazırda fakültədə aşağıdakı kafedralar fəaliyyət göstərir

  • Neft-qaz mühəndisliyi
  • Neftin, qazın nəqli və saxlanması
  • Sənaye təhlükəsizliyi və əmək mühafizəsi

 Fakültədə kredit sistemi ilə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır.

Kafedralar

İxtisaslar (şifri və adı)

Neft-qaz mühəndisliyi

050606 – “Neft-qaz mühəndisliyi”

050631 -  “Neft-qaz mühəndisliyi”

Neftin, qazın nəqli və saxlanması

050607 – “Neft-qaz qurğuları mühəndisliyi”

050621 – “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”

050617 - "İnşaat mühəndisliyi"

Sənaye təhlükəsizliyi və əmək mühafizəsi

050651 – “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”

050614 – “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”

 2021/2022-ci ildə  050617 - “İnşaat mühəndisliyi” ixtisasının tədrisi nəzərdə tutulub.

Fakültənin əməkdaşlarının ümumi sayı 110 nəfərdən, o cümlədən 12 professor, 36 dosent, 7 baş müəllim, 5 müəllim, 20 assistent və 23 tədris-köməkçi heyətdən ibarətdir. 

 

Qaz-neft-mədən fakültəsi haqqında ümumi məlumat

  1. Elman İskəndərov - t.e.d. dekan
  2. Gövhər Ələkbərova  – dekan müavini
  3. Aysel Abbasova - tyutor
  4. Zivər Fərzəlizadə - tyutor
  5. Göyçək Rəhimli - tyutor
  6. Cəfərova Xədicə -tyutor
  7. Şixiyeva Lalə - tyutor

 

Fakütədə təhsilin 3-cü pilləsində doktorontura və dissertantura xətti ilə 38 nəfər texnika üzrə fəlsəfə doktoru, 10 nəfər isə elmlər doktoru elmi dərəcəsi almaq üçün təhsil alır. Onlardan 16-sı 2525.01 “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası, 9 nəfəri 2523.01 “Quyuların qazılması texnologiyası” ixtisası, 13 nəfəri isə 3354.01 “Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı” ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün təhsil alır. 

 Hazırda fakültədə, bakalavr pilləsində 1724 tələbə, o cümlədən 63 əcnəbi tələbə təhsil alır. Onlardan 1612 tələbə (52 əcnəbi) əyani, 112 nəfər isə (11 əcnəbi) qiyabi təhsil alır.

Qaz-neft-mədən fakültəsinin dekanı

  t.e.d. dosent Elman İskəndərov