“Neftin, qazın nəqli və saxlanması” kafedrası 1983-cü ildə yaradılmışdır. Kafedra “Qaz-neft mədən” fakultəsinin nəznində fəaliyyət göstərir.
Kafedrada 26 əməkdaş, o cümlədən 3 elmlər doktoru-professor, 11 elmlər namizədi-dosent, 2 baş müəllim , 4 assistent və 6 tədris köməkçi heyyət çalışır.
Kafedranın cari ildəki tədris yükü 13977,9 saat təşkil edir.
Hal-hazırda kafedranın müdiri texnika elmləri doktoru, professor Mirələmov Hüseynbala Fazil oğludur.
Kafedranın 2019/2020-ci illər ərzində “Neftin, qazın nəqli və saxlanması qurğularında korroziyanın baş verməsinin tədqiqi, korroziyadan mühafizə tədbirlərinin işlənməsi və ətraf mühitin mühafizəsi” dövlət büdcəli elmi-tədqiqat işinin “Boru kəmərlərinin və çənlərin daxili səthinin korroziyadan mühafizəsi üçün yeni tipli inhibitorların tədqiqi” adlı dördüncü mərhələ üzrə məqsəd və alınmış nəticələr haqqında hesabat aparılmışdır.