Sənaye təhlükəsizliyi və əmək mühafizəsi
Əsası 1927-ci ildə qoyulmuş "Əməyin mühafizəsi" kafedrası ölkənin aparıcı sənaye sahələri olan neft-qazçıxarma, neft-kimya və neft emalı müəssisələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlamasında, həmçinin həmin sahələr üzrə mühüm elmi tədqiqat işlərinin aparılmasında zəngin təcrübəyə malikdir.
2008-ci ildən indiki dövrə qədər kafedraya t.e.d., professor S.R.Rəsulov rəhbərlik edir.
“Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasında hal-hazırda 40 fənn üzrə tədris prosesi həyata keçirilir. Tədris prosesində 18 müəllim (2 professor, 9 dosent, 7 assistant), 5 tədris-köməkçi heyəti iştirak edir.
ADNSU-nun “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrası işçiləri tərəfindən “Karbohidrogen yanacaqları mühitində korroziyaya və oksidləşməyə qarşı aşqarların seçilməsi, onların xassələrinin öyrənilməsi” mövzusu üzrə tədqiqat işi aparılmışdır