“Azərbaycan dili” kafedrası
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Azərbaycan dili” kafedrası 1927-ci ildə yaradılmışdır. Qürur duyulası haldır ki, Yusif Vəzir Çəmənzəminli, Sultan Məcid Qənizadə kimi görkəmli yazıçılar bu kafedrada çalışmışlar.
1988-ci ilin iyun ayında Azərbaycan Neft-Kimya İnstitutunun Elmi Şurası “Azərbaycan dili” kafedrasının yaradılması haqqında qərar qəbul edir.
2013-cü ilin yanvar ayından “Azərbaycan və rus dilləri” kafedrası adlandırılır.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi ilə əlaqədar 2014-cü ildən Azərbaycan dili yalnız rus bölməsində deyil, universitetin bütün fakültələrində “Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur.
“Azərbaycan dili” kafedrasında tədris aşağıdakı istiqamətlər üzrə aparılır:
2018-ci ildən kafedraya filologiya üzrə elmlər doktoru, prof. R.K.Rəsulov rəhbərlik edir.
Kafedranın tərkibi