Laboratoriya

QAZ NEFT MƏDƏN FAKÜLTƏSİ

Laboratoriyalar

Hidravlika

Kafedranın nəznində “ Neft hidravlikası” problem labarotoriyası 1983-cü ildən fəaliyyət göstərir. 

“Neftin, qazın nəqli və saxlanması” kafedrasının professor-müəllim heyəti və laboratoriyasının elmi işçiləri tərəfindən boru kəmərində qaz-maye axınlarının və reoloji mayelərin hərəkəti zamanı özlü-elastik xassələrin diaqnostika edilməsinə, qeyri nyuton və qaz-maye sistemlərin boru kəməri ilə nəqlində tərs məsələlərinin həllinə, izotermik olmayan mürəkkəb çoxfazlı sistemlərin axınlarınıın və onların rejimlərinin dayanıqlılıq problemləri öyrənilməsinə, qaz-maye qarışığının və mürəkkəb reoloji mayelərin axınları zamanı dissipativ strukturların əmələ gəlməsi şərtlərinin təyin edilməsinə, daxili və xarici amillərin birgə təsirini nəzərə almaqla dəniz boru kəmərlərinin dayanıqlıq problemlərin həllinə, nəql etmənin geniş spektrli problemlərinin sinergetik üsulla həllinə, boru kəmərləri kommunikasiyası sistemlərində qaz-maye axınlarının optimallaşdırma üsullarının təyin edilməsinə, nəql olunan mayelərin özlü elastik, plastik fraktal və qeyri-xətti olmasını nəzərə almaqla boru kəməri ilə nəql etmənin yeni prinsiplərinin işlənməsinə, özlü elastik ayırıcının köməyi ilə qazneft kəmərlərinin daxili səthinin təmizləməsi üsullarının təyin edilməsinə həsr olunmuş, elmi-tədqiqatlar aparılmış və hal-hazırda həmin tədqiqatlar davam etdirilir.

Laboratoriyada aşağıdakı işlər aparılır:

1.Təzyiqi ölçmək üçün cihazlar

2.Mayenin hərəkət rejimləri

3.Bernulli tənliyinin təcrübi tədqiqi

4.Venturi borusu vasitəsilə sərf əmsalının təyini

5.Turbulent axında hidravliki müqavimət əmsalının təyini

6.Yerli müqavimət əmsalının təyini