Laboratoriya

ADNSU-da bakalavr pilləsinə sənəd qəbulu onlayn qaydada aparılacaq

image

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavr təhsili pilləsinə qəbul olmuş tələbələrin sənədlərinin qeydiyyat prosesi koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda həyata keçiriləcək. Bu məqsədlə universitetin rəsmi saytında yeni bölmə - admission.asoiu.edu.az səhifəsi yaradılıb. ADNSU-nun bakalavr təhsili pilləsinə qəbul olunmuş birinci kurs tələbələri universitetin rəsmi səhifəsində yer alan admission.asoiu.edu.az linkinə klik edərək müvafiq formanı dolduracaqlar. Sənədlərin onlayn qeydiyyatı başa çatdıqdan – saytda müvafiq bölmələr doldurulduqdan sonra ADNSU-nun hər bir fakültəsi üzrə qəbul olunmuş tələbələrin sənədləri Unibook – “Elektron Universitet” sistemidə yerləşdiriləcək. Bundan sonra universitetin İT departamenti onlayn platformada uğurla qeydiyyatdan keçən tələbələrin DİM-nin web səhifəsindəki iş nömrələrini təsdiq edəcəkdir.  Qeydiyyat prosesi 25 sentyabr saat 10:00-dan başlanır və 7 oktyabr saat 17:00-dək davam edəcək. Qeydiyyatı uğurla tamamlayan abituriyentlər qeydiyyatının təsdiqlənməsi haqqında 2 iş günü ərzində e-poçtla vasitəsilə bildiriş alacaqlar. Bildirişdə göstərilən tarixdə tələbələr universitetə gələrək tələb olunan sənədləri qəbul olduqları müvafiq fakültəyə təqdim etməlidirlər. Abituriyentlərin sənəd qəbulu ilə bağlı maraqlandıran suallarının aperativ cavablandırılması üçün fakültələr üzrə qaynar xətt nömrələri fəaliyyət göstərəcək.  Abituriyentlər və ya onların valideynləri aşağıda göstərilən nömrələrlə iş günləri saat 09:00-dan 17:00-a qədər əlaqə saxlamaqla onlar üçün yaranan suallara cavab ala biləcəklər.  114469 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Azərbaycan  iş-012-498-88-46; mob. 070-498-88-46 114477 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (tədris ingilis dilində) qarışıq  iş-012-498-88-46; mob. 070-498-88-46 114599 Neft- qaz mühəndisliyi Azərbaycan  iş-012-498-88-46; mob. 070-498-88-46 114614 Neft- qaz mühəndisliyi Azərbaycan  iş-012-498-88-46; mob. 070-498-88-46 114622 Neft- qaz mühəndisliyi rus  iş-012-498-88-46; mob. 070-498-88-46 114639 Neft- qaz mühəndisliyi (tədris ingilis dilində) qarışıq  iş-012-498-88-46; mob. 070-498-88-46 114314 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi Azərbaycan  iş-012-498-88-46; mob. 070-498-88-46

2020-09-25