İqor yürüşü haqqında söyləmə: nitq janrları. Dərs vəsaiti filoloji fakültələrin magistratura bölmələrində seçmə fənn kimi, xüsusi kurs kimi nəzərdə tutulmuşdur. Dərs vəsaitində qədim və orta əsrlər rus ədəbiyyatının ən sirli əsərlərindən biri olan “İqor yürüşü haqqında söyləmə”nin poetik sistemində müxtəlif folklor - nitq janrlarının qarşılıqlı əlaqəsi və funksionallığı əsaslandırılır.