Laboratoriya

ADNSU “Qarabağ Dirçəliş Fondu”na 50.000 min manat vəsait köçürdü

image

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) müzəffər ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda icra olunacaq quruculuq və bərpa işlərinə töhfə vermək məqsədilə “Qarabağ Dirçəliş Fonduna” 50.000 manat vəsait köçürdü. Vəsait ADNSU-nun Elmi Şurasının qərarı əsasında köçürülüb. 

Cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə hər biri 50.000 manat olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna və “YAŞAT” Fonduna da vəsait köçürüb. Bununla yanaşı universitetin əməkdaşları könüllü qaydada adları yuxarıda qeyd olunan fondlara on minlərlə manat həcmində ianə ediblər. Bundan əlavə, ADNSU-nun əməkdaşları könüllü qaydada torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş məzunlarının ailələrinə yardım kampaniyası aparır.  

Qeyd edək ki, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmışdır.

2021-03-16