Laboratoriya

Azİİ e-Kitab Evinin bazasına akkreditasiya olunmuş ixtisaslara uyğun yeni kitablar daxil olub

image

ADNSU rəhbərliyi tərəfindən akkreditasiya olunmuş ixtisaslara uyğun 100 adda 100 nüsxə kitab alınıb və Azİİ e-Kitab Evinin bazasına daxil edilib. Kitablar əsasən neft mühəndisliyi, marketinq, biznes, qeyri-səlist məntiq, kimya, geologiya, kompüter elmləri, etika və digər sahələri əhatə etməklə ingilis dilindədir. Yüksək keyfiyyətə, nəfis tərtibata malik olan kitablar dünyanını nüfuzlu nəşriyyatları tərəfindən çapa hazırlanıb. Həmin kitablar ixtisaslara uyğun olaraq universitetin BA proqramları və  digər fakültələri üzrə təhsil alan tələbələrinin  və professor-müəllim heyətinin istifadəsinə verilib.

      Maraqlananlar Azİİ e-Kitab Evinə (library@asoiu.edu.az) və BA Proqramları kitabxanasına müraciət edə bilərlər.

2021-05-03