Qaz-Neft-Mədən fakültəsinə qəbul olmuş abituriyentlər portal.edu.az saytında qeydiyyatdan keçdikdən sonra universitetə aşağıdakı sənədləri təqdim edirlər: Doğum haqqında şəhadətnamə (2 surəti) Attestat 11 illik (tam orta məktəb) (əsli və 2 surəti) Şəxsiyyət vəsiqəsinin surəti (5 surəti) 6 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) Tərcümeyi hal (əsli və surəti) Sağlamlıq haqqında şəkilli tibbi arayış (əsli və surəti) Çağırış vəsiqəsinin surəti (oğlanlar 3 surəti) Ödənişli təhsil alan abituriyentin ödəniş qəbzinin əsli və surəti Abituriyentin kartının şifri İnternetden qəbul barədə çıxarış (DİM) (2 surəti) Sənədlər ayrıca ipli qovluqda təqdim edilir. Qaz-neft-mədən fakültəsinə aid olan ixtisaslar : 050631 – Neft qaz mühəndisliyi 050621 – Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 050614 – Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 050617 – İnşaat mühəndisliyi Telefon: +994 (12) 498 88 46 +994 (70) 498 88 46 E-mail: fogp@asoiu.edu.az Fakültə saytı: http://fogp.asoiu.edu.az/ Instagram : adnsu_qnmf Tərcümeyi hal (nümunə) Mən, Əhmədova Tahirə Mahmud qızı 21 noyabr 1999-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2006-cı ildə Bakı şəhəri Sabunçu rayonu 107 saylı orta məktəbin I sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. Mən 569 bal toplayaraq, Qaz-neft-mədən fakültəsinin, “Neft qaz mühəndisliyi” ixtisasına, əyani şöbəyə, azərbaycan bölməsinə qəbul olmuşam. Atam- Əhmədov Mahmud Mehdi oğlu 15 oktyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. Hal-hazırda Sabunçu rayonu 107 saylı orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır. Anam- Əhmədova Təranə Əhməd qızı 11 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.Ali təhsillidir, işləmir. Hal-hazırda evdar xanımdır. Qardaşım- Əhmədov Nail Mahmud oğlu 26 may 2001-ci ildə Bakı şəhərində anadan olub, Sabunçu rayonu 107 saylı orta məktəbdə 10-cu sinifdə oxuyur. Ünvan: Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəs., M.Ş.Vazeh küç. Ev 25,mən. 52 Əlaqə tel: ev: 012-400-00-00 Ata- 050-400-00-00 Ana-055-400-00-00 Öz- 077-400-00-00 İmza: Tarix: 15.09.2021