Laboratoriya

ADNSU tələbələrinə ilk dərsdə Xocalı soyqırımı haqqında geniş məlumat verilib

image

Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs zamanı müəllimlər tələbələrə Xocalı soyqırımı haqqında məlumat veriblər.

Qeyd olunub ki, Xocalıda 30 il bundan qabaq erməni danşnakları tərəfindən törədilən qanlı terror hadisəsindən, dinc soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsindən nə qədər zaman keçsə də bu qanlı tarix hər zaman yaddaşlarda qalacaq. Xüsusilə gənclər Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşiliyi unutmamalı və həmin gün Xocalıda qətlə yetirilən soydaşlarımızın ruhunu daim yad etməlidirlər.

Müəllimlər dərs zamanı tələbələrə tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərdən, terror əməliyyatlarından da danışıblar. Bu il 30 illiyi olan Xocalı soyqırımının onlardan birinin və ən dəhşətlisinin olduğunu bildiriblər. Eyni zamanda vurğulanıb ki, bu qətliam təkcə azərbaycanlılara qarşı yox, insanlığa qarşı ağır cinayətdir.

2022-02-25